Bu milli ev oyunlarını Macarıstanda keçirəcək

15:07 - 4 May 2023

Belarus milli komandası AVRO-2024-ün seçmə mərhələsinin iki ev oyununu Macarıstanda keçirəcək. 

Sportal.az Belarus mətbuatına istinadən xəbər verir ki, hər iki ölkənin futbol federasiyaları bu barədə razılığa gəliblər. 

Belarus iyunun 16-da İsrail və 19-da Kosovo ilə görüşlərini Macarıstandakı "Ferenç Susa" stadionunda oynayacaq.

UEFA-nın qərarı ilə Belarus millisinin ev oyunları neytral meydanda və azarkeşsiz keçirilir. 

Xəbər xətti