"Sabah" ilə Türkiyənin "Beşiktaş" klubları arasında xeyriyyə məqsədi ilə Bakıda keçiriləcək matçdan əldə olunacaq maliyyə vəsaitinin hara yönəldiləcəyi məlum olub.
Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bütün vəsait Türkiyənin fevral ayında baş verən zəlzələdən zərərçəkmiş şəhərlərindən birində məktəb tikintisinə sərf ediləcək.
Türkiyə mətbuatının yazdığına görə, təşkilatçılar bu görüşdən ən azı 9 milyon türk lirəsinin (təxminən 800 min manat) toplanacağını ehtimal edir.
"Sabah" - "Beşiktaş" matçı mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi