Messinin atası ABŞ klubunun rəsmiləri ilə görüşəcək

16:30 - 4 May 2023

PSJ-nin futbolçusu Lionel Messi karyerasını Amerika MLS liqasında davam etdirmək variantını ciddi şəkildə düşünür.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, argentinalı futbolçunun atası tezliklə "İnter Mayami"nin sahibi ilə görüşəcək.

ABŞ klubunun son bir neçə aydır Messi ilə əlaqə saxladığı, lakin tərəflərin hələlik ilkin razılığa gəlmədiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda PSJ-nin Messi ilə müqaviləni uzatmayacağı və futbolçunun özünün vəziyyəti dəyişmək istədiyi barədə məlumatlar yayılmışdı.

Ona ciddi maraq Səudiyyə Ərəbistanındandır. “Əl-Hilal” Messi üçün bir neçə təklif irəli sürüb.

Xəbər xətti