Amit Quluzadə Taylandda?

17:55 - 5 May 2023

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Taylandda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçiyə Asiya təmsilçisinin klubundan təklif gəlib.

Quluzadəni heyətinə qatmaq istəyən klub “Çaynat Hornbil”di. Adıçəkilən klub Tayland ikinci liqasının iştirakçısıdır.

Quluzadə “Neftçi”, “Kayseri Ərciyəsspor”, “Qəbələ”, “Larissa”, “Drita”, “Çelik”, “Milsami” klublarında oynayıb.

Xəbər xətti