Türkiyənin “Eyüpspor” klubu azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.
Sportal.az saytına verilən məlumata görə, İstanbul təmsilçisi “Səbail”in futbolçusu Ruslan Hacıyevi istəyir.
Birinci divizionda mübarizə aparan klub yayda 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Mənbənin iddiasına görə, Arda Turan Hacıyevi sərəncamında görmək istəyir. Amma klub yeni mövsüm üçün Superliqaya vəsiqə qazana bilməzsə, yenidən birinci divizionda oynayarsa, Ruslanı düşərgəyə dəvət edəcək.
“Qarabağ”ın yetirməsi olan futbolçu ötən iki il öncə “Samtrediya” ilə müqavilə imzalasa da, sonradan “Səbail”ə qayıtmışdı.