Messi "Barselona"dan tanıdığı iki futbolçunu da Səudiyyə Ərəbistanına aparır

11:44 - 8 May 2023

PSJ-nin futbolçusu Lionel Messi "Barselona"dakı sabiq komanda yoldaşları Serxio Buskets və Yordi Alba ilə birlikdə Səudiyyə Ərəbistanı klubuna keçəcək.

Sportal.az “sport.es”ə istinadən xəbər verir ki, üç ay əvvəl argentinalı Səudiyyə Ərəbistanına köçməyin qəti əleyhinə idi, lakin hazırda Messi özü də bu ölkəyə yollanmağa müsbət yanaşır.

O, karyerasına davam etmək istəyir, lakin vəziyyətini real qiymətləndirir və ən yüksək səviyyədə çıxış edə bilməyəcəyini anladığı üçün Asiyaya yollanmağı qərara alıb.

35 yaşlı argentinalı "Barselona"ya keçməyi planlaşdırsa da, klubun maddi durumu pis olduğundan bu, reallaşmayacaq. Messi Səudiyyə Ərəbistanına tək yox, Buskets və Alba ilə birlikdə gedəcək. Hücumçu yeni mühitdə güvəndiyi insanların əhatəsində olmaq istəyir. Buskets və Alba da Səudiyyə Ərəbistanına köçməyə razılıq veriblər. Onların "Əl-Hilal"la "1+2" illik müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti