"Real"ın veteran futbolçusu Miçel Salqado "Kral klubu"nun sabiq hücumçusu Ronaldo və klubun idman direktoru Xorxe Valdano arasında keçən məzəli dialoq haqda danışıb.
Sportal.az xəbər verir ki, Salqado "Porto"nun klub televiziyasına açıqlamasında vaxtı ilə "Real" və "Porto" klublarının Portuqaliyada keçirdiyi görüşdən sonra paltardəyişmə otağında baş vermiş hadisəni xatırlayıb:
"Ronaldo və Valdano arasında "Daş Antaş"ın paltardəyişmə otağında keçən söhbəti xatırlamaq istəyirəm. Oyundan bir həftə əvvəl mətbuatda çox sayda neqativ xəbərlər yayılmışdı, çünki biz uduzmuşduq və hamı Ronaldonun kök olduğunu deyirdi, onun gecə klubuna tez-tez getdiyini müzakirə edirdi. "Daş Antaş"da gözəl matç keçirdik və oyun bitdikdən sonra idman direktoru Valdano paltardəyişmə otağına girdi, Ronaldoya yaxınlaşaraq dedi ki: “Roni” qalib gəldik, indi diqqətli ol, gecə həyatının günlərini seçə bilməlisən. Özünə baxsan daha yaxşı olardı".
Ronaldo isə ona "qulaq as, Xorxe, deyirlər ki, İsa Peyğəmbər dünyanın ən yaxşı insanı idi, amma romalılar onu çarmıxa çəkdilər, mən isə onun qədər yaxşı insan olmaq istəmirəm" deyərək, cavab verdi. Bundan sonra hamı gülüşdü".
Xatırladaq ki, “Porto” 2004-cü ilə qədər oyunlarını “Daş Antaş” stadionunda keçirib. Miçel Salqado isə 1999-2009-cu illərdə 10 il "Real” çıxış edib, 253 oyun keçirib və 4 qol vurub.
saytlarin hazirlanmasi