"Sabah" - "Beşiktaş": 20 min bilet satıldı

10:01 - 9 May 2023

Mayın 13-də Bakıda xeyriyyə məqsədilə keçiriləcək "Sabah" - "Beşiktaş" görüşünə bilet satışı davam edir.

Sportal.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 20 min bilet satılıb.

Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 18:00-da start veriləcək. 

Xəbər xətti