Dohada (Qətər) cüdo üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan milli komandasının bir idmançısı tatamiyə çıxıb.
Hidayət Heydərov (73 kq) ilk döyüşündə Adıl Osmanova (Moldova), daha sonra isə Cek Yonezuka (ABŞ) qalib gələrək 1/4 finala yüksəlib. Hidayət bu mərhələdə Artur Margelidonu (Kanada) məğlub etsə də, yarımfinalda Manuel Lombardoya (İtaliya) məğlub olub.Bürünc uğrunda döyüşdə Heydərov Soiçi Haşimotoya (Yaponiya) uduzaraq beşinci yerlə kifayətlənib. Üç gündən sonra komandamızın aktivində medal yoxdur.
saytlarin hazirlanmasi