Minifutbol üzrə Azərbaycan çempionatında bu ay pley-off görüşləri keçiriləcək.
Sportal.az saytına verilən məlumata görə, bu mövsüm çempionluğa əsas namizədlərdən hesab olunan "Birbaşa Bakı" ölkə xaricindən mütəxəssis gətirib.
Belə ki, komanda rəhbərliyi ötən il minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "AEK Oradea"nın çalışdırıcısı Dan-Marius Mitunu baş məşqçi postuna təyin edib.
Rumıniyalı mütəxəssis pley-off görüşlərində "Birbaşa Bakı"ya kömək olacaq. Minifutbol üzrə Rumıniya yığmasının sabiq üzvünün futbolçu karyerası daha zəngindir. 46 yaşlı veteran futbolçu "Styaua", "Farul Konstanta", "Lyers", "Anderlext", "Ksanti", "Metallurq"(Donetsk), "Pantrakikos" klublarının formasını geyinib.
Azərbaycan çempionatının son qalibi də məhz "Birbaşa Bakı" komandasıdır. Yarımfinal görüşündə mayın 23-də adıçəkilən komanda "Bakı" ilə qarşılaşacaq. Digər cütlükdə isə "Qarabağ" və "Zirə" klubları üz-üzə gələcək.
saytlarin hazirlanmasi