"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk braziliyalının əməliyyatdan sonrakı durumu haqda danışıb.
Sportal.az Helsio "Qarabağ"ın sabiq futbolçusunun özünü yaxşı hiss etdiyini bildirib. Amma o, braziliyalının meydana nə vaxt qayıdacağını bilmədiyini qeyd edib:
"Əməliyyatdan sonra Kadinin vəziyyəti yaxşıdır. Ancaq indiyə qədər onun nə vaxt meydanlara qayıda biləcəyi ilə bağlı heç bir məlumat yoxdur".
Kadi Rusiya Premyer Liqasının 24-cü turunun "Spartak"a (Moskva) qarşı oyununda (3:4) zədələnib. O, paytaxt klubunun müdafiəçisi Giorgi Jikia ilə toqquşduqdan sonra huşunu itirmişdi. Onun üz sümüklərinin sındığı bəlli olmuş, sonradan isə əməliyyat edilmişdi. Xatırladaq ki, Borges qışda "Qarabağ"dan "Krasnodar"a keçmişdi.
saytlarin hazirlanmasi