Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçi postuna italiyalı mütəxəssis gətirmək istəyir.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, ərəblərin əsas hədəfi "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqridir.
"Əl-Nəsr"in rəhbərliyi 55 yaşlı mütəxəssisə rəsmi təklif etməyi hazırlaşır. Hazırda adıçəkilən klubda baş məşqçi səlahiyyətlərini Dinko Yeliçiç yerinə yetirir. Alleqrinin "Yuventus"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.