"Çox yaxşı oyun oldu. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda cəsur, açıq futbol oynadı. Azarkeşlər də oyundan həzz aldı. Ən önəmlisi odur ki, "Sabah" və bura gələnlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə dəstək oldu".
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev "Beşiktaş"a qarşı keçirilən xeyriyyə matçından sonra mətbuat konfransında deyib.O, jurnalistlərin suallarını cavablandırıb.
- Düşünmək olar ki, "Beşiktaş"la matç Konfrans Liqası öncəsi "Sabah" üçün yaxşı təcrübə oldu?
- Belə hesab etmək olar. 30 min azarkeşin qarşısında oynadıq. Əsas odur ki, futbolçularım Vinsent Abubakar və Cenk Tosundan qorxmadı. Qalib də gələ bilərdik. Cəsur oyunumuz xoşuma gəldi.
- Yəqin ki, indi əhval-ruhiyyəniz yaxşıdır. İki saatdan sonra "Qarabağ" çempion olsa, əhval-ruhiyyəniz korlanacaq?
- Xeyr. "Qarabağ" və Qurban Qurbanovu təbrik edəcəm. Onlar buna layiq idilər. Heç nə əhval-ruhiyyəmi korlamaycaq.
- Penaltidən istifadə etsəydiniz, oyun başqa cür gedəcəkdi?
- Məncə, o qədər də dəyişməzdi. Avropada da, belə oynamaq istəyirik. "Beşiktaş" cinahları dəyişirdi, qısa ötürmələrlə çıxırdı. Amma qarşısını alırdıq.
- Bu oyun göstərdi ki, "Sabah" avrokuboklara hazırdı. Daha böyük uğurlar üçün nələr etmək lazımdı?
- Çempionatı başa vurandan sonra transferlər haqda düşünəcəyik. Komanda komplektləşəndən sonra nəsə demək olar. Yeni qan lazımdır. Futbolçular Azərbaycana gəlməyi çox da fikirləşmirlər.
- Bu oyundan sonra Aleksey Kaşukun transfer dəyərinin artacağını gözləmək olar?
- Biz onu saxlamaq istəyirik. Amma hər şey bizdən asılı deyil. O, Avropa çempionatına yollanacaq. Necə olacağını görəcəyik.
- Razısız ki, avrokuboklara Yusif İmanovla getmək riskli olacaq?
- Murad Musayev sizinlə razı deyil(gülür).
- Bu gün "Qarabağ" çempionluğu rəsmiləşdirsə, komandanı növbəti oyunlara kökləmək asan olmayacaq? Qarşıdakı matçlara daha çox oynamayanlara şans verməyi düşünürsüz?
- Peşəkar olmaq lazımdır. Birinci yerə çata bilmiriksə, qarşıdakı oyunları daha yaxşı oynamalıyıq. Bu emosiyaları, hissləri sevirik. Uşaqlar barədə nəsə söz verə bilmirəm. İnanıram ki, az oynayanlara şans verəcəyik ki, oynasınlar.
Mirbağırağa
saytlarin hazirlanmasi