"Qəbələ"nin yarımmüdafiəçisi Felipe Santos Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz"la görüşdə istədiyiniz nəticəni qazana bilmədiniz. Məğlubiyyətinizi nə ilə əlaqələndirirsən?
- “Turan Tovuz”la oyunda olanları izah etmək çətindir. Biz evdə oynayırdıq. Yaxşı da başladıq, oyunumuz gedirdi. Sadəcə sonradan komanda yoldaşlarımızdan biri meydandan qovuldu. Hardasa yarım saatdan çox meydanda azlıqda qaldıq. Bununla belə, biz üstünlüyü ələ almışdıq və qol şansları yaradırdıq. Amma təəssüf ki, sonda qol buraxdıq və uduzduq. Halbuki, həmin qolu buraxmamalıydıq. Təəssüf ki, belə alındı.
- Ola bilər ki, son turlardakı uğurlu nəticələr komandanı arxayınlaşdırmışdı? “Turan Tovuz”la matçdan öncə arxayınçılıq var idi?
- Xeyr. Heç bir arxayınçılıq yox idi. "Turan Tovuz"la bütün oyunlar çətin keçmişdi. Amma hər zaman da üstün tərəf biz olurduq. Onlara qarşı hamıdan yaxşı oynamışdıq. Halbuki, müdafiə olunan rəqibə qarşı oynamaq həmişə çətindir. Dünənki matçda da çox yaxşı performans nümayiş etdirdik. Amma təəssüf ki, sonda meydanda iki nəfər az idik və belədə, oynamaq çətin gəldi.
- Hazırda "Qəbələ" 48 xalla 4-cü pillədədir. "Turan Tovuz"a məğlubiyyətdən sonra kollektivdəki psixoloji durum necədir?
- Hər şey özümüzdən asılıdır. Biz sadəcə qələbə qazanmalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Bunu reallaşdıracağıq. Tam əninəm.
- Səncə, avrokuboklara qazanmaq şansı "Qəbələ"də çoxdur, yoxsa "Zirə"də?
- Bizim böyük komandamız var. Çempionatda çox yaxşı oynayırıq. Ölkə kubokunda da finala vəsiqə qazanmışıq. Bu, hansı komandanın daha yaxşı olduğunu göstərir. Özü də, komandamız qışda transfer etmədi. Mövsümü uğurla başa vurmaq niyyətindəyik.
- "Qəbələ"nin qarşıdakı turdakı rəqibləri "Şamaxı" və "Kəpəz"dir. "Zirə" isə "Sabah" və "Sumqayıt"la qarşılaşacaq. Hər iki komandanın şansları barədə fikrin necədir?
- Bayaq dediyim kimi, hər şey özümüzdən asılıdır. Biz öz işimizi yerinə yetirsək, rəqibə şans verməyəcəyik. Qalan oyunları qələbə ilə başa vurmaq istəyirik.
- Ölkə kubokunun finalında isə rəqibiniz "Neftçi"dir. Son turlardakı uğursuz nəticələrinin ardından finalda "Qəbələ"ni favorit hesab edənlər daha da çoxalıb...
- Çox ağır və çətin final oyunudur. Məncə, “Neftçi” finalın favoritidir. Çünki onlar öz evində oynayacaq. "Neftçi" "Bakcell Arena"da qələbə qazanmaq istəyəcək. Amma biz hər şeyə hazırıq və mütləq sürpriz edəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi