Tunisin paytaxtı Tunis şəhərində ağır atletika üzrə 33-cü Afrika çempionatı start götürüb.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Nazilə İsmayılova (45 kq) birdən qaldırmada 60 kq, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram edərək toplam 132 kq (60+72) nəticə göstərib.
O, bu nəticə ilə yekun sıralamada qalib olub.