İsnik Alimi "Qəbələ" rəhbərliyini yeni şərti ilə tanış edib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, son iki mövsümü Azərbaycanda keçirən şimali makedoniyalı yarımmüdafiəçi növbəti mövsüm 170 min dollar qazanmaq istəyir.
Balkanlı legioner bəzi xarici ölkələrdən təkliflər aldığını və maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətində olduğunu bildirib.
Alimi deyib ki, o, heç bir halda əvvəlki şərtlərlə müqaviləsinin müddətini uzatmayacaq.
Komandanın qazandığı nəticələrdə böyük pay sahibi olduğunu söyləyən orta sahə oyunçusu rəsmilərə qərarını açıqlaması üçün mayın sonunadək vaxt verib.
saytlarin hazirlanmasi