“Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Feras Abu Akalın durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının XXXIV turunun “Turan Tovuz”la oyununda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub.
Asifin axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən 37 yaşlı futbolçu təcili əməliyyat olunub.
İlkin müayinələrdən sonra Ferasın da zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək.
saytlarin hazirlanmasi