AFFA Ulu Öndərin 100 illiyinə həsr olunmuş turnir keçirəcək

12:09 - 19 May 2023

Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda iştirak edəcək: AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar.

Komandalar 2 qrupa bölünəcək. Hər qrupda 5 komanda mübarizə aparacaq. Qruplarda birinci yeri tutan komandalar arasında turnirin qalibini müəyyənləşdirmək üçün final oyunu keçiriləcək.

Turnirə saat 16:30-da start veriləcək. Final oyunu saat 20:00-da başlayacaq. Oyunlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək. Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.

Xəbər xətti