Braziliya Futbol Federasiyası "Real"ın baş məşqçisi Karlo Ançelottini milli komandaya gətirməkdə israrlıdır.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, BFF-nin rəhbərliyi italiyalı mütəxəssisə son təkliflə gələcək həftə çıxış etmək niyyətindədir.
Milli komandanın nümayəndə heyəti danışıqlar aparmaq üçün bazar ertəsi Madridə yollanacaq. Braziliyalılar Ançelottiyə millini çalışdıra biləcək əsas namizəd kimi yanaşır.
63 yaşlı mütəxəssis zəngin karyeraya malik olsa da, o, cəmi bir dəfə millidə işləyib. Belə ki, 1992-1995-ci illərdə Ançelotti İtaliya millisində kömək məşqçi funksiyasını yerinə yetirib.
saytlarin hazirlanmasi