Millidəki karyerasını başa vurdu

19:30 - 19 May 2023

"Betis"in futbolçusu Andres Quardado Meksika millisindəki karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, təcrübəli oyunçu bu barədə sosial şəbəkədə yazıb.

36 yaşlı yarımmüdafiəçi millidəki karyerasını bitirdiyi xəbərini verib.

2005-ci ildə Meksika millisində debüt etmiş Quardado 181 oyuna çıxıb, 28 qol vurub.

“Atlas” yetirməsi olan futbolçu “Deportivo”, “Valensiya”, “Bayer”(Leverkuzen), PSV klublarında oynadıqdan sonra 2017-ci ildə “Betis”lə anlaşıb.

Xəbər xətti