Məsiyev 1/4 final matçını idarə edəcək

14:44 - 26 May 2023

17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində təşkil olunan oyunlarda iştirak edən FIFA referisi Elçin Məsiyev daha bir vacib oyuna oyuna təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Məsiyev mayın 27-də AÇ-nın ¼ final mərhələsində keçiriləcək Polşa - Serbiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər. Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.
 

Xəbər xətti