"Qəbələ" Azərbaycan Premyer Liqasının 36-cı turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edərək Konfrans Liqasına vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın futbolçusu Rövlan Muradov matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib. 25 yaşlı yarımmüdafiəçi klub rəhbərliyinə, azarkeşlərə təşəkkürünü bildirib:
"Avqust ayında komanda toplanışa gələndə bu mövsüm haqqında söhbətimiz zamanı "Biz bunu bacara bilərik!" dedik. Çox çətin, ağrılı, zədəli günlərdən keçdik və sonda istədiyimiz avrokuboklara vəsiqə qazandıq. Bu yolda bizə dəstək olan başda klub rəhbərliyinə, azərkeşlərimizə, bizə inanan doğmalarımıza təşəkkür edirəm! Çəkdiyimiz əziyyət yerdə qalmadı. Min şükür! Amma hələ bitməyib. İyun 3-də "Bakcell Arena"da Azərbaycan Kubokun finalındə "Qəbələ" sevənləri səbrsizliklə gözləyirik".
saytlarin hazirlanmasi