Benjamin Pavar "Bavariya"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, fransalı müdafiəçi Münhen təmsilçisi ilə yeni müqavilə imzalamağı rədd edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 27 yaşlı futbolçu 2024-cü ilin yayında sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə Almaniya klubunu tərk edəcək.
Fransa millisinin üzvü ilə "Barselona" və "İnter" yaxından maraqlanır.
Qeyd edək ki, "Bavariya" Benjamin Pavarı 2019-cu ilin yayında "Ştutqart"dan transfer edib. Təcrübəli arxa xətt ohyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi