"Premyer Liqaya qayıtmaq xoş olardı, böyük futbol üçün darıxdığımı gizlətmirəm"

13:34 - 2 İyun 2023

Yeni mövsümdən "Zaqatala"nın Premyer Liqada iştirak edəcəyi iddia olunur. Hətta bu komandaya yüksək liqaya çıxacağı təqdirdə, Zaur Həşimovun baş məşqçi təyin olunacağı bildirilir. Məsələ haqda Həşimovun özündən fikir aldıq. Sportal.az saytına açıqlama verən adıçəkilən mütəxəssis bunları deyib:

"Zaqatala" rəhbərliyi ilə bu haqda heç bir danışığımız olmayıb. Düşünürəm ki, onların özü də gözləmə mövqeyindədir. AFFA növbəti mövsüm üçün bu komandaya lisenziya verdi. Ancaq onların Premyer Liqada oynayacağı dəqiq deyil. "Zaqatala"nın yüksək liqaya qayıtmasını istəyərdim. Hazırda real bir şey olmadığı üçün bu haqda fikir bildirmək istəmirəm".

"Zirə"nin sabiq çalışdırıcısı yenidən Premyer Liqada işləmək istədiyini söyləyib: "Doğrudur, xeyli vaxt keçib. Əlbəttə, Premyer Liqaya qayıtmaq xoş olardı. Böyük futbol üçün darıxdığımı gizlətmirəm. Bölgə komandasında işləmək daha çətindir. Daha öncə karyeramda "Qəbələ" təcrübəsi də olub. Fikrimcə, Premyer Liqada çalışmaq istəyirsənsə, istənilən çətinliyə hazır olmalısan".

Mirbağırağa

Xəbər xətti