"Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın futbolçusu Rövlan Muradov matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib. 25 yaşlı yarımmüdafiəçi dəstək olan hər kəsə təşəkkürünü bildirib:
"Əvəzolunmaz və möhtəşəm gecə... 2-ci dəfə Azərbaycan Kubokunun qalibi oldum. Dəstək olan, təbrik edən hər kəsə minnətdaram. Möhtəşəm azərkeşlərə, TV qarşısında izləyənlərə, 120 dəqiqə ürəyi bizimlə döyünənlərə təşəkkür edirəm. Təbriklər "Qəbələ" sevənlər!"
saytlarin hazirlanmasi