"Neftçi" bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Sportal.az saytına verilən məlumata görə, komandanın yollarını ayıracağı futbolçulardan biri də Rəhman Hacıyev olacaq.
Əslində, yarımmüdafiəçi özü də, komandada qalmaq niyyətində deyil. Buna səbəb ona istənilən qədər oyun vaxtının verilməməsidir. Hacıyevin xidmətində maraqlı olan Premyer Liqa təmsilçilərinin sayı da çoxdur.
Onlar arasında isə ən çox aktivlik göstərən “Səbail”dir. Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev Hacıyevi sərəncamında görmək istəyir. Bu keçidin baş tutub-tutmaması yaxın günlərdə dəqiqləşəcək.
saytlarin hazirlanmasi