Azərbaycan Kubokunu qazanan "Qəbələ"nin aparıcı üzvlərinə başqa klublardan təkliflər var.
"Qırmızı-qaralar" müqaviləsi bitən oyunçularla danışıqlar aparır. Əksər futbolçular yeni sözləşmə üçün daha çox maaş tələb edirlər. Konfrans Liqasında iştirak edəcək "Qəbələ"nin heyət formalaşdırmaq üçün vaxtı azdır.
Sportal.az saytı olaraq son durumu öyrənmək üçün bölgə klubunun baş meneceri Nail Kərimovla əlaqə saxladıq. Klub rəsmisi qısa müddətdə komandanı formalaşdıracaqlarını bildirdi:
"Hamı bilir ki, komanda ardıcıl iki il boyundan yuxarı tullanıbsa, futbolçulara yaxşı təkliflər olacaq. Oyunçuların getmələrinə də hazırıq. Təbii ki, B planı üzərində də iş gedir. O səviyyədə futbolçular tapmaq bizim üçün çətin olacaq. Amma o demək deyil ki, müqaviləsi bitən oyunçuların hamısı gedəcək. Ola bilər ki, bəziləri ilə razılaşarıq, bəziləri isə gedər. Futbolçuların haqqını tam verməklə deyə bilərəm ki, hansısa oyunçu olmasa, o demək deyil ki, komanda bir də uğur qazana bilməz. Yaxşı oyunçular tapıb, gedənlərin yerini doldurub, yolumuza davam edəcəyik. Konfrans Liqası oyununun tez olması təbii ki, bizə çətinlik yarada bilər. Amma yenə də qısa müddətdə komandanı formalaşdırıb işimizə davam edəcəyik".
Elçin Əlixan
saytlarin hazirlanmasi