"Qəbələ" iordaniyalı ilə anlaşdı

19:33 - 24 İyun 2023

"Qəbələ" iordaniyalı yarımmüdafiəçisi Omar Hani ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. 

Əvvəlki müqaviləsi 2022-2023-cü illər mövsümünün sonunda başa çatan Omar daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2024-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, Hani "Qəbələ"nin heyətində keçirdiyi 65 matçda 4 qol vurub.

 

Xəbər xətti