2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.
28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legionerin son klubu “Sabah” olub. Oçiqava Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.
Zurab karyerası ərzində Ukraynada “Mariupol”, Kiyev “Dinamo”su, “Olimpik”, “Dnepr-1”, “Vorskla”, Estoniyada “Levadiya”nın da şərəfini qoruyub. O, Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.
Xatırladaq ki, “Qəbələ” bunadək Ahmed Ayzayanı da heyətinə qatıb.
saytlarin hazirlanmasi