Ötən mövsümü "Səbail"də keçirmiş "Uypeşt"in futbolçusu Matiya Lyuyiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, serbiyalı futbolçunu istəyən komandalar arasında "Qəbələ" də var. "Qırmızı-qaralar"ın məşqçilər korpusu futbolçunun xidmətində maraqlıdır və onu düşərgədə görmək istəyirlər. Adıçəkilən klubla yanaşı, "Səbail" özü də Lyuyiçi heyətinə qatmaq niyyətindədir. Macarıstan klubuna məxsus olan yarımmüdafiəçinin yeni mövsümə Azərbaycan Premyer Liqasında başlayıb-başlamayacağı dəqiqləşəcək.
Mənbənin iddiasına görə, 29 yaşlı yarımmüdafiəçi özü də Azərbaycana qayıtmaqda israrlıdır. Serbiyanın "Partizan" klubunun yetirməsi olan Lyuyiç "Teleoptik", "Mladost", "Rad", "Jalqris", "Vellinqton", "Belenenseş", "Bney Yehuda", "Kanvon", "Hapoel Hayfa" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi