"Qəbələ"nin futbolçusu Omar Hanni hazırkı komandasında qalmağa qərar verib. Sportal.az xəbər verir ki, iordaniyalı futbolçu bölgə təmsilçisi ilə müqavilə müddətini bir illik artırıb. İordaniya yığmasının üzvü verdiyi qəraradan sonra sosial şəbəkədə sabiq komandası və yetirməsi olduğu "Əl-Faysali" haqda paylaşım edib. O, ölkəsinin ən iddialı klubunun azarkeşlərinə səslənib:
"Getdiyim istənilən yerdə sevgisini həmişə ürəyimdə daşıdığım böyük olan "Əl-Faysali" azarkeşlərinə səslənirəm. Mesajlarınıza, üz-üzə gələndə mənə xoş münasibət göstərdiyinizə görə təşəkkür edirəm. Hər zaman bu komandaya mümkün qədər tez qayıtmağı arzulamışam. Həqiqətən də “Əl-Faysali”yə dönərək komandaya xeyir vermək niyyətindəyəm. Amma hamımız bilirik ki, Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcək komanda ilə bir mövsümlük müqaviləmi yeniləsəm, mənəvi və texniki baxımdan mənə nə qədər fayda gətirəcək. Geri qayıdışım hələ baş tutmayıb. Amma gələcəkdə mənim üçün prioritet bu olacaq. Mən "Əl-Faysali" ilə vidalaşmıram. Amma nə qədər uzun çəksə də, görüşəcəyik. Mən bu klubun oğluyam və onun əsgərlərindən biriyəm. Hər zaman hər şəraitdə sizi ruhlandırıb, dəstək olacam".
23 yaşlı futbolçu “Əl-Faysali” yetirməsidir. O, “Qəbələ”dən öncə APOEL və “Olimpiakos”(Nikosiya) klublarının formasını geyinib.
Mirbağırağa
saytlarin hazirlanmasi