"Qəbələ"nin yeni transferi Ahmed Ayzaya Sportal.az saytına müsahibə verib. Bölgə təmsilçisinin nigeriyalı futbolçusu yeni komandasındakı məqsədlərindən söhbət açıb.
- "Qəbələ"yə keçidin rəsmiləşdi. Transfer necə baş tutdu? Sənə təklif çoxdan gəlmişdi?
- "Qəbələ" çoxdandır ki, məni istəyirdi. Sadəcə "Kəpəz"dən ayrılmağım alınmırdı. Transferim indi alındı. Keçidə görə şadam.
- "Kəpəz"də qalmamağın nə ilə bağlı idi? Mövsüm başa çatanda oradan ayrılacağını artıq bilirdin?
- Bu haqda geniş nəsə deyə bilmərəm. Yalnız mənim yeni çağırışa ehtiyacım var idi.
- Ötən mövsüm Azərbaycan Premyer Liqasında yaxşı performans nümayiş etdirmişdin. "Qəbələ"dən savayı başqa hansı klublardan təklif almışdın?
- "Qəbələ"yə keçməmişdən əvvəl çox klubdan təklifim var idi. Amma indi bu haqda danışmaq istəmirəm. Çünki artıq yeni klubdayam, müqavilə imzalamışam.
- Ümumiyyətlə, məqsədlər və hədəflərin arasında "Neftçi" və "Qarabağ"da oynamaq var?
- Əlbəttə ki, Azərbaycanda hamı “Qarabağ”da oynamaq istəyir. Amma bunun üçün hamının şansı yoxdur.
- "Qəbələ" haqda hansı fikirdəsən? Bu komanda ötən mövsüm ölkə kubokunu qazandı...
- "Qəbələ" Azərbaycanın ən böyük klublarından biridir. Bu klub həqiqətən yaxşı futbol oynayan komandalardandır. Yaxşı komandaya gəldiyimi başa düşürəm.
- "Qəbələ" Konfrans Liqasının təsnifat mərhələsində iştirak edəcək. Bu, adıçəkilən komandaya keçmək qərarına təsir etdi? "Omoniya" ilə görüşlər haqda hansı fikirdəsən?
- Əlbəttə, bu, yaxşı çağırışdır. Avrokuboklarda oynamaq yaxşıdır. Təbii ki, uğur qazanmaq istəyirik. Növbəti mərhələyə çıxmaq üçün yaxşı şansımız var.
Elçin Əlixan
saytlarin hazirlanmasi