Konfrans Liqasında iştirak edəcək "Qəbələ" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Portuqaliyanın "Eştoril" klubu ilə müqaviləsi başa çatan Lukas Afriko ilə maraqlanır. Bu barədə "A Bola" nəşri məlumat yayıb. "Qırmızı-qaralar" braziliyalı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Eştoril" Lukas Afrikonu 2021-ci ilin yayında "Marítimo"dan transfer etmişdi. 28 yaşlı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi