"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Rafael Utziq komandada qalmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı legionerin müqaviləsinin müddəti başa çatıb. 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.
saytlarin hazirlanmasi