"Qəbələ" - "Sabah": Yeni transferlərin qol vurduğu matçda sülh

19:58 - 3 İyul 2023

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" və "Sabah" yoxlama matçında üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

"Qəbələ"nin heyətində yeni transfer Ahmed Ayzaya və Murad Musayev fərqlənib. "Sabah"ın heyətinə yeni cəlb etdiyi Sofian Çakla da qol vurmağı bacarıb. Paytaxt təmsilçisinin digər qolunu isə Davit Volkov vurub.

Xəbər xətti