Rövlan Muradovun "Qəbələ"dən ayrılıb "Sumqayıt"a keçməsi təəccüblə qarşılandı. "Qırmızı-qaralar"ın yeni müqavilə təklifini qəbul etməyən 25 yaşlı yarımmüdafiəçinin daha iddialı kluba keçəcəyi gözlənilirdi.
Mətbuatda yazılanlara görə, Muradov "Qəbələ" rəhbərliyinə ölkə xaricindən təklif aldığını bildirib. Lakin o, bir neçə gün əvvəl "Sumqayıt"la 2 illik müqavilə imzaladı.
Mövzu ilə bağlı "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına açıqlama verdi. 43 yaşlı mütəxəssis bu haqda danışmaq istəmədiyini bildirdi:
"Bu, onun qərarıdır. Rövlan mövzusu bağlanıb. Bu barədə heç danışmaq itəmirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi