2023/2024-cü illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə iki yeni futbolçu qatıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" Osama Xalailanın transferini gerçəkləşdirib. 25 yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektivə qoşulan digər israilli isə Gilad Avramovdur. İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.
saytlarin hazirlanmasi