"Qəbələ"nin yeni braziliyalısı: "Həyat mənə dərs verdi" - FOTO

13:17 - 7 İyul 2023

"Qəbələ"nin yeni transferi Lukas Afriko sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, son olaraq "Eştoril"in formasını geyinmiş braziliyalı instaqram hesabındakı paylaşımında Portuqaliya klubu ilə vidalaşıb:

"İkinci transfer də, birincisi kimi gözəl idi. Enişli-yoxuşlu anlarım oldu və hər şeydən əvvəl həyat mənə növbəti dərs verdi: dözümlülük. Çətinliklərlə başımı dik tutmuşam, problemlərim olanda onları həll etmək və əvvəlkindən daha güclü qayıtmaq fikrinə düşmüşəm. Çox sağ olun, sehrbazlar. Azarkeşlərə təşəkkür edirəm. Hər zaman “Eştoril”ə azarkeşlik edəcəm və bu klub həmişə ürəyimdə qalacaq".

28 yaşlı futbolçu “Qəbələ” ilə bir illik müqavilə imzalayıb. O, “Londrina”, “Maritimo” klublarında da oynayıb.

Mirbağırağa

Xəbər xətti