"Qəbələ" bəzilərini qorxudur, bəzilərini yox"

17:34 - 8 İyul 2023

Kiprli futbol mütəxəssisi Mixalis Serxiu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Omoniya" - "Qəbələ" görüşündən gözləntilərini bildirib. 

Sportal.az xəbər verir ki, vaxtı ilə “Omoniya”da çalışmış 42 yaşlı məşqçi "kerkida.net"ə açıqlamasında Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv haqda pozitiv fikirlər səsləndirib:

"Biz bu komandanı Kiprdə dəfələrlə görmüşük. "Qəbələ" bəzilərini qorxudur, bəzilərini yox. Ən çətinlik yaradan məqam isə onların süni örtüklü meydanda oynamasıdır (Qəbələ şəhər stadionu təbii örtüklüdür - Red). Çünki bizim komandalar buna öyrəşməyib. Bəzən “Qəbələ” də daxil olmaqla, Azərbaycan klublarına layiqli büdcə ayrılır, yaxşı komanda qurulur. Ona görə də, demək olar ki, riskli püşkatmadır. Asan olmayacaq. “Qəbələ” diqqət ayrılası rəqibdir".

Xatırladaq ki, “Qəbələ” və “Omoniya” klubları arasında ilk görüş iyulun 27-də Qəbələdə, cavab matçı avqustun 3-də Kiprdə keçiriləcək.

 

Xəbər xətti