Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Raufun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.
Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi