"Qəbələ"nin iordaniyalı futbolçusu Omar Hanni "Goal News"a açıqlama verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Qəbələ"də qalmasının səbəblərindən danışıb. Bununla yanaşı, o, Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Omoniya"ya qarşı keçiriləcək oyunları ilə bağlı fikirlərini bölüşüb: "Qəbələ"də qalmaq istəyirdim. Başqa təkliflərim də var idi, amma mən çempionatda və avrokubokda komandaya kömək etmək niyyətindəydim.
"Omoniya"ya gəldikdə, prinsipcə, bütün potensial rəqiblər yaxşı komandalar idi. Püşkatmada bəxtimiz gətirdi. Rəqibdən asılı olmayaraq, əlimizdən gələni edəcəyik. "Omoniya"nı yaxşı tanıyıram. APOEL ilə birlikdə Kiprin ən böyük komandaları hesab olunurlar. Biz bu möhtəşəm oyunlardan həzz alacağıq. Söhbət güclü komandadan gedir. Amma biz həm də yaxşı komandayıq və yaxşı nəticə üçün çalışacağıq. APOEL və "Olimpiakos"un heyətində "Omoniya"ya qarşı oynamışam. Yaxşı matçlar keçirmişik. "Omoniya" daim hücum etməyi sevən komandadır. Sürətli oyunçu olduğum üçün əks-hücumlarda təhlükəli ola bilərəm. Ümid edirəm ki, "Qəbələ"nin heyətində onlara qarşı yaxşı oynayacam və istədiyimizə nail olacağıq. İnanıram ki, Kipr klubunu keçə bilərik. Komandamız hələ tam deyil. Amma inanıram ki, bizə yaxşı oyunçular qoşulacaq və hər iki görüşdə qalib gələcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi