"Qəbələ" Rusiya və Moldova klubları ilə qarşılaşacaq

16:39 - 10 İyul 2023

"Qəbələ” 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək. Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq.

Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. İlk iki qarşılaşmada "Qəbələ" Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək.

“Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.

Xəbər xətti