Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək. Qarşılaşma "Qəbələ"nin məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, “Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.
12 iyul
17:00. “Qəbələ” - "Sukleya" (Moldova)
Bolu. “Termal otel”in məşq bazası
saytlarin hazirlanmasi