UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Omoniya” oyununun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, ilk matçlar çərçivəsində baş tutacaq görüşü rumıniyalı ədalət təmsilçiləri idarə edəcək. İyulun 27-dəki matçın baş hakimi Andrey Çivulete olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
27 iyul
20:00. “Qəbələ” – “Omoniya” (Kipr)
Baş hakim: Andrey Çivulete
Baş hakimin köməkçiləri: Sebastyan George, Daniel Mitruti
Dördüncü hakim: Horatsiu Feșniç (hamısı Rumıniya)
Qəbələ şəhər stadionu
saytlarin hazirlanmasi