UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Omoniya” - “Qəbələ” oyununun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, cavab matçları çərçivəsində baş tutacaq görüşü isveçli ədalət təmsilçiləri idarə edəcək. Avqustun 3-dəki matçın baş hakimi Adam Ladebak olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Omoniya” (Kipr) - “Qəbələ”
Baş hakim: Adam Ladebak
Baş hakimin köməkçiləri: Markus Lundqren Klitte, Daniel İnq
Dördüncü hakim: Yoakim Ostlinq (hamısı İsveç)
Nikosiya. GSP stadionu
saytlarin hazirlanmasi