Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq. Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” klubunun əsası 1976-cı ildə qoyulub. Klubun sahibi “Qazprom” şirkətidir. Tarixi ərzində müxtəlif liqalarda çıxış edən komanda 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
15 iyul
17: 00. "Qəbələ" - "Orenburq" (Rusiya)
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası
saytlarin hazirlanmasi