2023-2024-cü illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi müəyyənləşib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq. Bu matç iyulun 19-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Qostivar” 2022-2023-cü illər mövsümündə birinci divizionda çempion olaraq yüksək liqaya vəsiqə qazanıb.
Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya” (4:2) və “Orenburq”la (1:1) ilə qarşılaşıb.
saytlarin hazirlanmasi