"Qəbələ" Şimali Makedoniya klubuna qarşı

10:35 - 19 İyul 2023

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün üçüncü yoldaşlıq matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniyanın "Qostivar" klubu ilə üz-üzə gələcək. 

Bu, komandanın toplanışdakı sonuncu matçı olacaq. Qarşılaşmaya Bakı vaxtı 19:00-da start veriləcək. 

"Qostivar" Şimali Makedoniyanın yüksək liqasına yeni yüksəlib. "Qəbələ" Boluda Moldovanın "Sukleya" (4:2) və Rusiyanın "Orenburq" (1:1) klubu ilə qarşılaşıb. 

19 iyul

19:00. "Qəbələ" (Azərbaycan) - "Qostivar" (Şimali Makedoniya)

Xəbər xətti