"Qəbələ" Macarıstan səfərində

10:46 - 25 Oktyabr 2023

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxır.

Sportal.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayan “qırmızı-qaralar” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə cavab oyunu keçirəcək. Səfərdə baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 18:00-da başlayacaq.

Komandalar arasında Qəbələdə keçirilən ilk görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

Cavab oyunu, 25 oktyabr

16:00. “Puşkaş Akademiya” (Macarıstan) – “Qəbələ” (Azərbaycan)

Xəbər xətti