Millimizin rəqibində baş məşqçi təyinatı reallaşdı

09:49 - 27 Fevral 2024

İsveç milli komandasının baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu milliyə Yon Dal Tomasson rəhbərlik edəcək.

Bu barədə İsveç Futbol Assosiasiyasının rəsmi saytında məlumat verilib.

“Milan”ın sabiq forvardı DÇ-2026-nın seçmə mərhələ oyunları ərəfəsində İsveçi çalışdıracaq.

O, martın 1-dən vəzifəsinin icrasına başlayacaq. Xatırladaq ki, Slovakiya, Estoniya ilə yanaşı İsveç də milli komandamızın Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Xəbər xətti